“Cənazəni morqdan çıxarıb tabuta yerləşdirəndə birdən meyit tərpəndi. Həkimlər müdaxilə etdi, onu həyata qaytardıq. Məlum oldu ki, yaxınları adamı zəhərləyib, saxta həkim rəyi ilə ölmüş kimi qələmə verib. Bu əsasla onu morqa göndəriblər. Morqda uzun müddət soyuqda qaldığından zəhərin təsiri azalıb. Hadisə polis araşdırmasından sonra aydınlaşıb”.
Bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi Qəbristanlıq Müdürlüyündən təqaüdə çıxan Aliseydi Turan “Cənazəmiz var” kitabında yazıb.
O, kitabda işlədiyi 10 il müddətində başına gələn qəribə hadisələri qələmə alıb.
A.Turan yazır ki, işlədiyi müddətdə çoxlu sayda belə maraqlı məqamlarla qarşılaşıb.
“Dənizçi bir nəfər öləndən sonra cənazəsinin qayıqla bir sahildən digərinə aparılmasını vəsiyyət etmişdi. Uşaqları bunu bizə dedi. Adamın vəsiyyətini yerin yetirdik. Bir qadın isə dəfn zamanı imama yaxınlaşaraq həyat yoldaşının qaranlıqdan qorxduğunu, ona görə də əl fənərini qəbrə qoymaq istədiyini deyib. Qadının israrından sonra əl fənəri işlək halda qəbrə qoyulub.
Bir uşaq morqda barmaqlarını hərəkət etdirəndən sonra onun yaşadığı anlaşılıb. Həmin uşaq hələ də “Barmaq İsmayıl”adı ilə anılır. Qəbrə içki və siqaret qoyulmasından, cənazə ilə 3G ilə əlaqə qurulmasının mümkünlüyünü soruşanlara qədər bir çox maraqlı hadisə yaşadıq”, – deyə A.Turan yazır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub