Quba-Xınalıq yolunun Minarə adlanan hissəsində “Toyota Prado” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, nəticədə avtomobildə olan 3 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağır olduğundan o, Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər avtomobildə olan sərnişin - 2002-ci il təvəllüdlü, Qubanın Kələnov kənd sakini Babayeva Zeynəb Nəcməddin qızına onurğa sütununun sınığı diaqnozu qpyublar. Avtomobildə olan digər iki nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub