Türkiyənin Malatya şəhərinin prokurorluğu tərəfindən axtarışa verilmiş FETÖ terror təşkilatının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi həbs edilib.
Mynews.az Lent.az-a istinadən istinadən xəbər verir ki, M.M. adlı şəxs İstanbulda tutulduqdan sonra Malatyaya gətirilib və məhkəmə qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, həmin şəxs terror təşkilatının xüsusi yazışma proqramı olan “Bylock” istifadəçisi olub və qruplaşmanın gizli xəbərləşmələrində mühüm rol oynayıb.
Qeyd edək ki, Malatyada FETÖ ilə bağlı ümumilikdə 12 nəfər saxlanılıb ki, onların əksəriyyəti “Bylock” istifadəçisi olub. Təşkilatın özünü Azərbaycan nümayəndəsi adlandıran üzvünün hansı funksiyaları yerinə yetirdiyi bəlli olmasa da, onun bu vəzifənin saxta icraçısı olduğu qeyd edilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub