6 yaşlı uşağı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Məlik Meybullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, M. Meybullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Bakının Binəqədi qəsəbəsində qeydə alınıb. M. Meybullayev idarə etdiyi avtomobillə piyada 6 yaşlı Turan Tahirlini vurub. Xəstəxanaya çatdırılan T. Tahirli 17 gündən sonra orda dünyasını dəyişib. T. Tahirlinin fiziki qüsurlu olduğu müəyyən edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub