Bacısına mesaj yazanı öldürməkdə təqsirli bilinəm şəxs hakim qarşısına çıxarılıb.
Mynews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, qətli törədən M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.
Məhkəmənin baxış iclası iyunun 20-də davam edəcək.
Hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib.
M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.
İlkin məlumata görə, İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb.
O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.
Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərin telefonuna zəng vurub və onunla görüşmək istədiyini deyib.
Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı tərəflər mübahisə edib və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.
musavat.com
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub