Mingəçevir şəhərində azyaşlını öküz vurub.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb.
Həmin küçədə, bina, 16A, mənzil, 19-da yaşayan 2012-ci il təvəllüdlü Əliyev Məhəmməd Elnur oğlu həyətdə həmyaşıdları ilə oynayarkən iribuynuzlu heyvanın hücumuna məruz qalıb.
Şahidlərin sözlərinə görə, uşağın qırmızı geyimindən qıcıqlanan öküz buynuzu ilə körpənin ağzından vurub. Nəticədə buynuz uşağın üst damağını yarıb. Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılan uşaq, burada ilkin tibbi yardım göstərildikdən sonra təcili Bakıya göndərilib.
Qeyd edək ki, şəhərin bu hissəsində heyvan saxlanılmır. Bəzən Yevlaxın şəhərə yaxın ərazilərindən heyvanlar nəzarətsiz şəkildə Mingəçevir ərazisinə gəlir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub