Zaqatalada 55 yaşlı kişini ildırım vurub.
Mynews.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi ərazisində baş verib.
Kənd sakini İsa Bayramov səhər qoyunlarını otarmaq üçün yaxınlıqdakı sahəyə gedib. Bir neçə saat sonra qoyunların tək qayıtdığını görən oğlu, atasına zəng etsə də, cavab verən olmayıb. Həmin əraziyə getdikdə, sahənin ortasında atasının сansız bədəni ilə qarşılaşıb.
Musa Bayramov - Mərhumun qardaşı: "Səhər qoyun otarmağa gedib, ildırım vurub orada onu. Qoyunlar evə gəlib, oğlu gedib dalınca görüb ki, sahənin ortasında yatıb".
İlkin ehtimala görə, İsa Bayramov ildırım vurması nəticəsində dünyasını dəyişib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub