Sumqayıtda oğurladığı avtobusu “metallom”a verən şəxs tutulub.
DİN xəbər verir ki, Sumqayıt şəhər sakini Dəyanət Hümbətov DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək 39-cu məhəllənin ərazisindəki avtoservisin yaxınlığında saxladığı mikroavtobusun oğurlanması barədə məlumat verib.
Dərhal hadisə yerinə gələn Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin mikroavtobusun texniki cəhətdən nasaz vəziyyətdə olduğundan uzun müddətdən bəri təmirə saxlanıldığı, buna görə də onu sürərək aparmağın mümkün olmadığı müəyyən edilib.
Polis əməkdaşları həmin avtomobilin evakuatorla aparılması barədə məlumat əldə ediblər. Aparılan əməliyyat tədbirləri ilə həmin evakuator tapılaraq sürücüsü Polis Bölməsinə çağırılıb. O, mikroavtobusu müraciət edən şəxslə birlikdə şəhər ərazisindəki metal qəbulu məntəqələrindən birinə apardıqlarını bildirib.
Həmin məntəqədə olan polis əməkdaşları avtomobilin 40 manat müqabilində satıldığını aşkar ediblər.
Oğurluğu törədən şəhər sakini Tural Hüseynov 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. T.Hüseynov ifadəsində köhnə mikroavtobusun uzun müddətdən bəri həmin yerdə saxlanıldığından sahibsiz olduğunu düşünərək bu əməli törətdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub