Bakıda taksi sürücüsü qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib. Mynews.az xəbər verir ki, 1973-cü il təvəllüdlü Hüseynov Vüqar Əlhəsən oğlu şikayət ərizəsi yazaraq qeyd edib ki, Sarayevo küçəsində şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs müştəri qismində nəqliyyat vasitəsinə əyləşib. Həmin şəxs şəhərin müxtəlif yerlərindəki bir neçə ünvana taksi sürdürdükdən sonra sürücünün Zığ şosesinə sürməsini istəyib. Onlar Xətai rayonu Zığ şosesinə gələndə müştəri düşüb və bir neçə dəqiqədən sonra qayıdacağını deyib. Lakin V.Hüseynov nə qədər gözləsə də, müştəri qayıtmayıb.
Müraciət əsasında araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub