Şəmkirdə keçmiş həyat yoldaşı ilə barışmaq istəyən gənc gözləmədiyi hadisə ilə qarşılaşıb. Gənc qadının yaxınları onu döyüb.
Hadisə Şəmkirin Dəllər-Cəyir kəndində baş verib. Yardımlı sakini, 20 yaşlı Əliqismət Şəkərov 1 il əvvəl Dəllər-Cəyir kənd sakini, 17 yaşlı Mətanət Bayramovanı qaçırıb. Bir müddət sonra isə onlar ayrılıblar və qız ata evinə qayıdıb. Ötən gün oğlan yenidən qayınatasıgilin evinə gedib. Ancaq keçmiş həyat yoldaşını evinə qaytarmaq üçün içəri damdan girən Əliqismət Şəkərov buna müvəffəq olmayıb. Qızın ailə üzvləri qonşuların köməkliyi ilə onun bu istəyinə mane olublar.
Qızın ailə üzvlərinin və qonşuların sözlərinə görə, Əliqismət Şəkərov qeyri-rəsmi nikahda yaşadığı Mətanətə mütəmadi olaraq işgəncələr verib. Hətta döyülmə nəticəsində qadın bətnindəki uşağı da itirib. Bu səbəbdən də qız öz istəyi ilə atası evinə qaytarılıb. Elə o vaxtdan da Əliqismət həyat yoldaşının ailəsini hədələməyə başlayıb. Onlara hədələyici mesajlar göndərərək evlərini yandıracağı ilə qorxudub. Qızın toy şəkillərinin arxasına təhqiramiz sözlər yazaraq kəndin çayxanasında stolların üstünə düzüb. Hətta bir neçə dəfə qayınatasıgilin evinə gələrək dava da salıb.
Əcəbnaz Bayramovanın sözlərinə görə cəmi 20 yaşı olan Əliqismət Şəkərov qızından ayrıldıqdan sonra iki dəfə ailə həyatı qurub. Keçmiş kürəkənin törətdiyi əməllər barədə Şəmkir polisinə də müraciət edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub