"Məni yad kişilərə satmaq istəyirdi" Məhkəmədə tarixi sözlər -FOTOLAR

1100
"Məni yad kişilərə satmaq istəyirdi" Məhkəmədə tarixi sözlər -FOTOLAR

Onu yad kişilərə satmaq istəyən həyat yoldaşını öldürən türkiyəli Çiləm Doğan məhkəmədəki çıxışı ilə tarix yazıb.

Metbuat.az xəbər verir ki, hakim qarşısına çıxarılan türkiyəli Çiləm Doğan deyib: "Bu məhkəmə dəhlizlərində üzüm-gözüm qaralmış şəkildə çox dolaşdım ki, məni qorusunlar. Başqa bir seçimim yox idi. Nə yalan söyləyim, həyatda qalmağımın gizlədə bilmədiyim sevincini yaşayıram. O ölməsə, mən öləcəkdim. O, sizə məni yad kişilərə satmaq istədiyini, başqalarının qoyununa atmaq planlarını deməyəcəkdi. Mənə badımcan çox bişdi, masada çörək qırıntısı qaldı deyə dəyən yumruqları anlatmayacaqdı. Neçə dəfə xəstəxanalıq olduğumu söyləməyəcəkdi.

Çay baxçasında çəkilmiş bir fotom var. Biraz çox gülümsəmişəm. Bəlkə də sizə o fotonu göstərib deyəcəkdi ki, "Namussuz qadındır!".

Həyat yoldaşını başqa adamlara satan o deyilmiş kimi, "Namusumu təmizlədim" deyəcəkdi.

Siz onun 3-5 illə mühakimə edib, namusu kirləndi deyə günahsız görüb, çox gülümsəməyimi təhrik sayıb bağışlayacaqdınız. Amma namus mənimdir hakim bəy, bir kağıza imza atdıq deyə kimsəyə satmaram!

Qeyd edək ki, Çiləm Doğanın etirazlarını dəyərləndirən məhkəmə onu 50 min türk lirəsi müqabilində ev dustaqlığına buraxıb.

 

 

Xəbər lenti