İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib.
Mynews.az xəbər verir ki, İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub. Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayə tutduğu mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub. Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və "Samsung" markalı telefonunu götürərək aradan çıxıblar.
Gecə yarısı polisə müraciət edən iraqlı turist olan-qalan pulunun qadınlar tərəfindən oğurlandığını və çıxılmaz vəziyyətdə qaldığını bildirib. O, həmin şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsini və oğurladıqlarını geri qaytarmasını xahiş edib.
Lent.az
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub