İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub.
Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayələdiyi mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub. Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və telefonunu götürərək aradan çıxıblar.
Gecə yarısı polisə müraciət edən iraqlı turist olan-qalan pulunun qadınlar tərəfindən oğurlandığını və çıxılmaz vəziyyətdə qaldığını bildirib. O, həmin şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsini və oğurladıqlarını geri qaytarmasını xahiş edib.
Araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub