Qusarda ananın 5 yaşlı qızını zəhərləyərək öldürməsinin bəzi təfərrüatları məlum olub.
Mynews.az-ın məlumatına görə, Qusar rayon Polis İdarəsinin növbətçi hissəsindən Oxu.Az-a verilən məlumata görə, saxlanılan Gülnarə Saypullayeva əvvəlcə qızını özü zəhərlədiyini inkar edib.
Daha sonra cinayəti etiraf edən ana, qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi usagı böyütməkdə çətinlik çəkdiyi üçün bu addımı atdığını etiraf edib.
Gülnarə Saypullayeva barəsində rayon prokurorluğunda CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
11:11
Qusarın Hil kəndində 5 yaşlı övladına dərman verərək öldürən Gülnarə Taypullayeva barədə kənd icra nümayəndəsi Adil Paşayev danışıb.
İcra nümayəndəsi bildirib ki, G.Taypullayeva qonşu İmamqulu kəndindən işləməyə gəlibmiş: “Burada fermada işləməyə gəlmişdi. Çox da insan arasına çıxmırdı. Həyat yoldaşı isə Şirvanovka kəndindəndir. Bildiyimə görə yeganə övladları imiş. Rafiq Rəhmanov adlı şəxsin fermasında işləyirdi”.
Qusar Rayon Polis İdarəsindən isə bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
10:14
Qusarda azyaşlı qətlə yetirilib.
Bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Taypullayevaqızı, 2012-ci il təvəllüdlü Taypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.
Şübhəli şəxs qismində dindirilən G. Taypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.
G. Taypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub