Xalq artisti Qəndab Quliyeva xəstəxanaya yerləşdirilib.
Mynews.az xəbər verir ki, bu barədə sənətçinin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, Qəndab Quliyeva bu ilin fevral ayından sonra ürəyindəki problemlər səbəbindən infarkt keçirib. Daha sonra tanınmış xanəndə 3 dəfə insult keçirib. O, hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsindədir. Həkimlər müğənninin vəziyyətinin ağır olduğunu bildiriblər.
Xalq artistinin oğlu anasının müalicəsi üçün müvafiq qurumlardan və imkanlı şəxslərdən yardım istəyib.
Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-c ildə Xalq artisti fəxri adına layiq görülüb.

(Lent.Az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub