Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan “90-TF-087” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yüksək sürətlə gələrək Tibb Universitetinin dəmir darvazasına çırpılıb.
Buna baxmayaraq, nəqliyyat vasitəsi hərəkəti davam etdirib. Avtomobil ön sol təkər dayağının qırılması və sürücünün qəfil əyləci basması nəticəsində manevr edərək dayanıb. Bu zaman maşında olan sərnişin, 1991-ci il təvəllüdlü Baxşəliyeva Günel Oqtay qızı maşının ön sağ şüşəsindan bayıra çıxaraq yerə düşüb.
O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücünün izahatı alınıb. Avtomobil cərimə meydançasına aparılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub