Daxili İşlər Nazirliyi (DİN) “Ailə” TV-nin ofisinə basqınla bağlı məlumat yayıb.
Mynews.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi (RPİ) və Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov tutulub.
Hadisə ilə bağlı Report-a “Ailə TV”nin mətbuat xidmətindən də açıqlama verilib. Açıqlamada bildirilib ki, bu işlə hazırda hüquq-mühafizə orqanları məşğul olurlar: “Bizdə olan məlumata görə, hadisəni üç nəfər törədib”.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub