İyunun 20-də Bakıda turisti qarət edən qadınlar tutulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Turistin “102 Zəng Mərkəzi”nə müraciətindən sonra məlumat dərhal aidiyyatı üzrə Səbail RPİ-nin 9-ci Polis Bölməsinə ötürülüb. Bölmənin rəisi Elsevər Qədirovun rəhbərliyi ilə əməliyyat qrupu yaradılıb və polislər hadisə yerinə gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, ölkəmizə turist kimi səfərə gəlmiş İraq vətəndaşı Manaf Abdulməcid həmin gün tanış olduğu 3 qadını kirayədə qaldığı mənzilə dəvət edib. Qısa tanışlıqdan sonra Manafın hamam otağında olduğu müddətdə həmin qadınlar evi tərk ediblər. Geri qayıdan M.Abdulməcid əl çantasında olan 3000 manat pulunun və “Samsung” markalı mobil telefonunun aparıldığını aşkar edib.
Polisin onların əlamətləri barədə sorğusuna cavab olaraq Manaf həmin qadınlardan birinin qolunda xüsusi görünüşü ilə fərqlənən döymə olduğunu da bildirib.
Təhlükəsiz Şəhər kameralarının görüntüləri əsasında həmin vaxt binadan çıxan qadınların taksiyə əyləşərək getdikləri müəyyən edilib. Taksinin sürücüsü qısa vaxtda tapılaraq Polis Bölməsinə dəvət edilib və həmin vaxt sərnişin qismində tanımadığı 3 qadını Fəvvarələr meydanı yaxınlığına apardığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qolunda göstərilən əlamətlərdə döymə olan qadınlardan biri – B.D Fəvvarələr meydanı yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. O, oğurluğu tanışları olan D.B və J.H ilə birlikdə törətdiklərini etiraf edib. Əməliyyatçılar həmin qadınların da yaşadıqları ünvanları müəyyən edərək onları şübhəli şəxs qismində Polis Bölməsinə gətiriblər.
Faktla bağlı araşdırma aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub