Qusar rayonunda anası tərəfindən zəhərlənərək öldürülən 5 yaşlı qızcığazın acı taleyi bütün Azərbaycanı kövrəltdi.
Hələ ömrünün 5 ci ilində , həyatı tam dərk etmədən dünya ilə vidalaşdı. Qusar rayonunun Hil kəndində fermada yaşayana balaca Luiza Saypullayevanın dünyadan köçməsinə səbəb isə anasının onun içidiyə südə həşarətları öldürmək üçün olan zəhəri qatmasıdır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, iyunun 14 baş verən bu hadisənin təfərüatları bir neçə gün öncə balaca qızcığazın anası Gülnarə Saypullayevanın polisə verdiyi ifadəsindən sonra məlum olub. Kənd sakinləri isə eşitdikləri qarşısında şoka düşüblər.
Kənd sakinləri bildirir ki, südün içinə dərman qatıb uşağa içirdən ana, uşağın halının pisləşdiyini görəndə çalışdığı fermanın sahibi Rafiq adlı şəxsə müraciət edib və həmin şəxsdə, uşağı öz maşını ilə xəstəxanaya aparmaq istəyib. Onlar qonşu kənddə olarkən uşaq yolda keçinib. Fermada olanlar isə müsahibə vermək istəməyib və həmin ailənin cəmi 2 aydır ki, fermada fəhlə olaraq çalışdığını bildiriblər.
Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə baş verməmişdən bir gün əvvəl Gülnarə Saypullayeva 5 yaşlı Luizanı evdə tək qoyaraq anası gilə, Xaçmaza gedib. Hadisə də o qayıtdıqdan sonra baş verib.
Gülnarə Saypullayeva polisə ilkin ifadəsində uşaqı ilan sancdığını bildirib. Ekspertizanın cavabından sonra məlum olub ki, balaca qızcığaz zəhərlənib . Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşaqa içizdirdiyini bildirib. Hazırda faktla bağlı cinayət işi başlanıb uşağını öldürməkdə şüphəli bilinən ana saxlanılıb.