Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib.
Mynews.az lent.az-a istinadən bildirir ki, saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşınistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər. Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşınistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.
Maraqlıdır ki, qatar uşağı vurandan sonra maşınistlər düşərək ona kömək etməyə çalışıb. Bu zaman şəxsiyyəti məlum olmayan həmin oğlan qaçaraq uzaqlaşıb. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, hadisədən xəbərdardırlar, lakin uşağı tapa bilməyiblər.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub