Bakıda taksi sürücüsü qəza törədib.
Mynews.az report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan “Hyundai Akcent” markalı avtomobilin sürücüsü, 1993-cü Rufullayev Zaur Elşən oğlu “STOP” yazılı yol nişanının tələbinə əməl etməyərək, Vaqif prospekti ilə hərəkət edən, Allahverdiyev Arifin idarə etdiyi “Opel” markalı avtomobilin qarşısına çıxıb.
Nəticədə avtomobillər toqquşub və “Hyundai” zərbədən deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin içində olan sərnişin, 28 yaşlı Həsənova Nigar ağır kəllə-beyin travması alıb. O, komaya düşüb.
Qəza nəticəsində sürücü özü də bədən xəsarətləri alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan iki avtomobil cərimə meydançasına aparılıb.
Fakt araşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub