Gürcüstan Azərbaycanlıları arasında ermənilərlə dostluq əməkdaşlığı edənlər haqqında məlumat olsa da, erməni ilə sevgili olan azərbaycanlı qızların olduğunu təsəvvür edə bilməzdik.
Diaspor-a məktubla müraciət edən Gürcüstanda yaşayan həmyerlimiz Gürcüstandakı fəal gənclərimizdən olan "Borçalı Gənclər Birliyinin" sədri Elmar Novruzov isə bunun əksini düşünür.
Məsələnin ciddiliyini nəzərə alaraq məktubu olduğu kimi təqdim edirik:
"Gürcüstanda fəaliyyət göstərən Socar şirkəti son zamanlarda xoşagəlməz halların məskəni olub. Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələrin təhsil haqqını ödəməkdən yubanır və ya imtina edir, hansı tələbələr ki Azərbaycan üçün canından keçməyə hazır olanlar.
Əfsuslar olsun ki, bədnam qonşularımızla yaxınlıqdan da irəli və bizlərə yaraşmayan hərəkətlər edənlərin erməni musiqisi ilə erməni ilə rəqs edənin təhsil haqqı ödənilir.
Şəxsən mən, Elmar Novruzov 4 dəfə bu məsələni dilə gətirdiyim üçün mənə "sən kimsən", "nəyinə lazım", cavabını almışam. Bu necə olar ki? Socarda işləyən bəzi məmurlar açıq deyirəm, hər il yüzlərlə bizlərə düşmən yetişməyinə təkan verir. Cənab Prezident İlham Əliyevi tənqid edən gənclərə təhsil haqqı ödəmək, onlara təqaüd vermək, məncə, ən böyük cinayət və xainlikdir. Mənim kimi ürəyi Azərbaycanla, Prezidentimizlə döyünən onlarla gəncimiz var. Onlar qorxur, demirlər ki, təhsil haqqımız ödənməyəcək. Lakin mən maddiyyata görə bu xoşagəlməz hala göz yuma bilmərəm. Socarda ciddi islahatlar aparılmalıdır. Yoxsa bir neçə ildən sonra Gürcüstanda olan gənclər artıq Azərbayacana qarşı hökumətə qarşı əks qüvvə olacaq".
Diaspor.az komandasının qısa araşdırması nəticəsində məlum olub ki, doğrudan da Elmar Novruzun dediklərində həqiqət var və Gülnar Kərimova adlı azərbaycanlı qız erməni millətindən olan, hətta erməni ordusunda xidmət edən Azərbaycana qarşı kin və nifrətini sosial şəbəkələr vasitəsilə etiraf edən Vlad Abovyan adlı erməni ilə eşq macərası yaşayır.
Ümidvarıq ki, Azərbaycanın Gürcüstandakı Səfirliyi və SOCAR bu məsələlərdən xəbərsizdir. Həmin bu məsələni ədalətli araşdırıb düzgün qərarı verəcəklər.
Məktubda adı hallanan şəxslər və qurumlara görə sözgedən sayt məsuliyyət daşımır. Həmin fikirlər məktubu göndərən şəxsə aiddir.