Cəlilabadda sahəsindən noxud oğurlayan şəxslər onları iş başında yaxalayan torpaq sahibini avtomobillə vurub daha sonra ölümcül doyüblər. Polis hadisə törədənləri axtarır.
Noxud oğrularını iş başında tutan kişi onların hücumuna məruz qalıb, ölümcül döyülüb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Rayonun Əliqasımlı kəndində baş verib. 55 yaşlı Akif Həsənov naməlum şəxslərin onun sahəsində əkib-becərdiyi noxudları yığdığını görüb həmin şəxslərə yaxınlaşmağa çalışıb. Biri qadın digəri kişi olan 2 nəfər dərhal hadisə yerində olan avtomobillərinə minib oradan uzaqlaşıblar.
Üstəlik avtomobili dayandırmağa çalışan Akif Həsənov onlara oğurladıqları noxudu qaytarmağı tələb edib. Bu zaman həmin şəxs avtomobili Akif Həsnovun üzərinə sürüb. Daha sonra yerə yığıxıldığını görən oğrular küt alətlə yaşlı kişinin baş nahiyyəsinə ağır zərbələr edirib hadisə yerindən qaçıblar.
Xəsarət alan Akif Həsənov yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub