Bakıda estetik əməliyyatdan sonra həyatını itirən modelin həkimi, iranlı plastik və estetik cərrah Siruz Qoçxanidən yeni xəbər var.
Mynews.az xəbər verir ki, baku.ws-in əməkdaşı cərrahdan məlum hadisə ilə bağlı münasibət öyrənməyə çalışıb. Sirus Qoçxaninin köməkçisi bildirib ki, həkim baş vermiş hadisə ilə bağlı hələlik açıqlama vermək istəmir.
"Hazırda tibbi ekspertiza gedir. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək", - deyə cərrahın köməkçisi bildirib.
Baku.ws 22 yaşlı Leyla adlı modelin ölümündə şübhəli bilinən cərrahın fotolarını əldə edib.
Plastik və estetik cərrah Siruz Qoçxani Tehranda Şəhid Behşidi adına Tibb Elmləri Universitetində tibbi təhsil aldığı bildirilir. Məlumata görə, o, 2002-2006-cı illərdə Almaniyada estetik lazer kursunu bitirib.
Xatırladaq ki, İyunun 23-də "Zəfəran Hospital"da Siruz Qoçxani adlı həkim tərəfindən liposaksiya əməliyyatı edilən 22 yaşlı Leyla adlı qız iki gün sonra ölüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub