Mingəçevir şəhərində küt alətlə mağaza sahibini döyən şəxs ona çoxsaylı bədən xəsarətləri yetirib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə 20 yanvar küçəsində baş verib.
Belə ki, həmin küçədə yerləşən “Elit” marketi icarə əsasında işlədən 1966-cı il təvəllüdlü Adil Qəzənfər oğlu Abbasov işlətdiyi mağazada müştərisi və qonşusu olan şəxs tərəfindən küt alətlə döyülüb. Hətta baltadan da istifadə olunduğu bildirilən dava zamanı mağazanın şüşələrinin bir hissəsi qırılıb.
A.Abbasov xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsi zamanı onun boyun nahiyəsində kəsiklər və baş nahiyəsində çoxsaylı yaralar olduğu məlum olub. Ona tibbi yardım göstərilib.
Məlumata görə, A.Abbasovu döyən şəxs onun qonşusu və daimi müştərisidir. Mağazada dava nağdsız ödənişlər üstə başlayan mübahisə nəticəsində baş verib. Həmin şəxs iddia edib ki, A.Abbasov onun kartından artıq pul çıxarıb.
Faktla bağlı Mingəçevir Polis şöbəsində araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub