Zaqatalada təşkil olunmuş bayram bazarında külli miqdarda narkotik vasitəni satmaq istəyən Şəki rayon sakini həbs edilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, iyunun 25-də Zaqatalanın Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarındakı bazarda Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş bayram bazarında 1958-ci il təvəllüdlü Şəki rayon İnçə kənd sakini Osman Rəcəb oğlu Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində narkotik vasitə hesab olunan 5 kq 565 qr qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Osman Salamov ilkin ifadəsində Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kolları bitkilərindən toplayaraq qurutduğu marixuananı gözünü müalicə etdirmək üçün satmaq istədiyini bildirib.
Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub