Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, rayonun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.
Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.
Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindən ölüb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub