Sabirabad rayonunda baş verən intihar hadisəsi ilə bağlı dəhşətli detallar ortaya çıxıb.
Mynews.az-ın əldə etdiyi məlumata görə, Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış ərazidə yaşayan 1988-ci il təvəllüdlü Asim Məmmədov Şirvan şəhər sakini bir qızla nişanlı olub.
Nişanlısı tez-tez onların yaşadığı evə gedib gəlirmiş. Qız evdəkilərə zarafatla Asifin onu qaçırdığını deyib. Bundan sonra ailələr arasında problemlər yaranıb. Problemlər böyüdükdən sonra isə oğlan qız ilə evlənməkdən imtina edib və nişan qaytarılıb. Bundan sonra qız tərəfin ailəsi baş verənlərə kəskin etiraz edib. Hətta oğlandan polisə şikayət ediblər ki, qızımızı qaçırıb.
Dünən isə Asim Məmmədov polis idarəsində olub və ifadəsi alınıb. Daha sonra o evə gələrək ailəsinə qorxduğunu, qız tərəfinin onu tutdurmaq istədiyini bildirib. Gecə qardaşı ilə söhbət edən zaman ölmək istədiyini, həmin qızla evlənmək istəmədiyini deyib.
Bu gün səhər saatlarında evdə olan qardaşı arvadı qapının ağzında Asim Məmmədovun kəndiri ilə özünü asdığını görüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub