Moskvada bir neçə “qanuni oğru” saxlanılıb. Mynews.az yerli KİV- istinadən məlumatına görə, “Merani” restoranında əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoritetlərin “sxodka”sının qarşısını alıblar. “Sxodka”ya yığışanlar Rusiyanın ən böyük şəhərlərindən birinə nəzarətçi (“smotryayuşi”) təyin etməliydilər.
Məlumata görə, saxlanılanların sayı 11 nəfərdir. Onların arasında Kaxa Qalski və Qudja Kutaisski kimi nüfuzlu “qanuni oğrular” da var. Avtoritetlə Novosibirskə Paşa Beşenni ləqəbli Pavel Brusentsevi nəzarətçi təyin etməliydilər.
Pavel Brusentsev Antip ləqəbli “qanuni oğru”yla yaxınlığı ilə tanınır. Məhz o və Antip bir qədər əvvəl Novosibirskdə azərbaycanlı avtoritet Kənan Cəlilovu həbsxanada ölümcül döydürmüşdülər. Cəlilov Novosibirskdə heç kimlə hesablaşmayan avtoritet kimi tanınırdı. Bir neçən maddəylə həbsdə yatsa da yenə də şəhərdəki əksər ticarət nöqtələrinə nəzarət edirdi. O vaxt təcridxana rəisinə külli miqdarda rüşvət verən Beşenni və Antip 10 nəfərdən çox məhbusun Cəlilovun kamerasına soxularaq, onu ölümcül döyməsinə nail olmuşdular. Cəlilov bir neçə gün koma vəziyyətində olsa da, həkimlərin səyi ilə ölümdən dönmüşdü. O, hazırda azadlıqdadır və əlil arabasında gəzir. Məlumata görə, Cəlilov hələ də Novosibirskdə hələ də söz sahibidir.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1530 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1493 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1492 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1479 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1479 dəfə oxunub