Bakıda pikapın kuzasından yıxılan şəxs vəfat edib. Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu - Mir Cəlal küçəsi 1 ünvanının qarşısıda Vüsal Qasımovun idarə etdiyi "Mitsubishi L200” markalı pikap sərt döngəyə daxil olarkən kuzada olan 31 yaşlı Abuzər Qəhrəmanov müvazinətini saxlaya bilməyib və yolun hərəkət hissəsinə yıxılıb.
Ağır kəllə-beyin travması alan A.Qəhrəmanov Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin həkimlərinə səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub