Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçılarından olan Günel Mirzəyeva vəfat edib.
Mynews.az-ın 1news.az-a istinadən məlumatına görə, bu haqda Günelin yaxın dostu xəbər verib.
O bildirib ki, Günel dənizdə boğulub:
“Hadisə "vəhşi" çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, bu isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.
Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, sən sağsan və bizimlə zarafat etmək istəmisən”.
Günelin ölümü ilə bağlı rəsmi orqanlara heç bir məlumat daxil olmayıb.
Qeyd edək ki, Günel son vaxtlar xeyriyyə işləri ilə məşğul olurmuş. Onun meyiti bu gün tapılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub