Azərbaycanlı məşhur müğənninin əri həbs olundu
Zaqulbada yol polisinə tabe olmayan sürücü tıxaca salınaraq tutulub
Bakıda motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən avtosfer.az-a verilən məlumata görə, iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikletin sürücüsü Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər.
İlkin araşdırma zamanı məlum olub ki, motosikleti idarə edən şəxsi Bakı şəhər sakini, 36 yaşlı Anar Atakişi oğlu Heydərovdur. Onun sürücülük vəsiqəsində isə motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də etibarnamənin olmadığı da üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.
Sonxeber.az milli.az-a istinadən bildirir ki, Anar Heydərov müğənni Zenfira İbrahimovanın əridir. Cütülüyün bir qızı bir oğlu var.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1131 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1119 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1119 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1117 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1008 dəfə oxunub