Fövqəladə Hallar NazirliyiMasallıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Mynews.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin, 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:30-da başa çatıb.
***
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Shagman” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramov a aldıqları xəsarətdən ölüblər. B. Bayramov un qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.
Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır. (apa)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub