Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonu ərazisində çimərlikdə model Günel Mirzəyevanın öldüyü hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Mynews.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəhdə - Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verib. Banklardan birində rəhbər vəzifədə işləyən 3 dost 3 qızla birlikdə dəniz sahilinə gəliblər.
Onlar sahilə gələrkən avtomobilin yedəyinə aldıqları plastik motorlu qayığı da özləri ilə gətiriblər. Daha sonra dostlar qayığı dənizə salıblar və qızları da mindirərək gəzintiyə çıxıblar. Qayıq sürət yığdıqdan sonra ağırlıq mərkəzinin itməsi səbəbindən aşıb. 3 oğlan və iki qız çətinliklə xilas ola bilsə də, Günel Mirzəyeva suda batıb.
Hadisə sahildən təxminən 200 metr uzaqlıqda baş verib.
Qeyd edək ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub