Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar gənc qızı vurub.
Mynews.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.
O qeyd edib ki, bu gün 09:40 radələrində Xırdalan-Biləcəri istiqamətində Sumqayıtdan Bakıya hərəkət edən iki mərtəbəli elektrik qatarı 21 yaşlarında olan gənc xanımı vurub:
“Xanım qulaqcıqla mahnıya qulas asırmış. Maşinist bir neçə dəfə xəbərdaredici siqnallar versə də, o, mahnının səsindən siqnalları eşitməyib. Nəticədə yüngül xəsarət alıb. Dərhal maşinistlər tərəfindən təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı klinikaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub