Lənkəran rayonunun Göyşaban kəndində bədbəxt hadisə baş verib.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, 8 yaşlı kənd sakini Zaur Nuriyevi evdə tapa bilməyən valideynləri onun axtarışına çıxıblar. Azyaşlının cəsədi sakinlər tərəfindən kəndin mərkəzində quraşdırılan transformatorun içindən aşkar olunub. Mühafizə olunmayan transformatorun yaxınlığında oynayan azyaşlının gizlənmək məqsədi ilə onun içinə girdiyi ehtimal olunur.
Uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xalid Ağayev - qonşu: "Atası gəzirdi, onun üçün biz də qoşulduq ona. Saat yarımdan sonra məlumat verdilər ki, uşaq transformatorun içindədir. Sonra getdik gördük ki, transformatorun qapısı açıqdır. "Tok" vurub yandırmışdı onu. Transformator bərbad vəziyyətdədir. Hasara alınmalıdır, qıfıllanmalıdır. Yoxdur. Kimlər məsuliyyət daşıyırsa, ona bir çarə eləməlidir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub