Masallıda motosikletlə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Həsənli kəndində qeydə alınıb.
Belə ki, “motosiklet”lə ”VAZ 2107”-nin toqquşması nəticəsində minik avtomobili idarəetməni itirərək kanala düşüb.
Nəticədə motosikletdə olan 3 nəfər - sürücü, Məmmədxanlı kənd sakini 42 yaşlı Fərahim Salayev, Stansiya kənd sakini, 29 yaşlı Röyal Talıbov və Həsənli kənd sakini 30 yaşlı Yalçın Məmmədov, eləcə də “VAZ”ın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub