Tovuz rayonunda iki avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Mynews.az xəbər verir ki, bu barədə Report-a Qərb bürosundan məlumat verilib. Qeyd edilib ki, hadisələrdən biri rayonun Düzcırdaxan kəndində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Hüseynov Məzahir Əsgər oğlunun idarə etdiyi " VAZ -2106" markalı avtomobil başqa bir "VAZ" markalı avtomobilə toqquşub. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Digər qəza isə rayonun Düzqırıxlı kəndində qeydə alınıb. İdarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılan "VAZ-2107" markalı avtomobilin sərnişini, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Azər Arzuman oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub