Rusiyada kişi arvadı ilə yazışan qonşunu bıçaqlayıb. Hadisə Tolyatti şəhərində baş verib.
Virtualaz.org xəbər verir ki, adı açıqlanmayan 35 yaşlı şəxs gənc qonşusunun arvadı ilə sms yazışmalarını görüb. O, məsələni aydınlaşdırmaq üçün əvvəlcə telefonla danışıb, sonra aralarındakı mübahisə küçədə davam edib. Nəticədə o, həyat yoldaşına sms yazan 25 yaşlı qonşusunu mətbəx bıçağı ilə yaralayıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs günahını etiraf edib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 111-ci – “sağlamlığa qəsdən ağır zərbə vurma” maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub