Ələt-Astara magistralının Lənkəran rayonu, Kişiləvar kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Mynews.az bildirirki, üzü Ələt istiqamətində hərəkət edən "Ford" markalı "99-FV-692" dövlət qeydiyyat nişanlı mikroavtobusla əks istiqmətdə gedən "42-BG-932" dövlət qeydiyyat nişanlı "VAZ- 21011" toqquşub. Hadisə nəticəsində "VAZ"ın sürücüsü, Lənkəran rayon Havzava qəsəbə sakini Muradov Xalid Əzizəli oğlu bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəyə "VAZ"ın səhv dönüş edərək mikroavtobusun qarşısına çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub