2017-ci ildə ingilislərdə spinner, bizdə isə “stress çarxı” adlanan və guya ki, stress çıxarmaq üçün nəzərdə tutulan fırlanan oyuncaqlar populyarlıq qazanıb.
“ixbt.com” saytının məlumatına görə, əslində bu oyuncaqlar ötən əsrin 90-cı illərində yaradılıb.
Adi “stress çarxları”ndan başqa, hazırda satışda işıqlandırılmış formada olan, “Bluetooth” modelli və hətta musiqi səsləndirmək üçün səsgücləndirici quraşdırılmış modellər də mövcuddur. Təbii ki, belə cihazlar doldurula biləcək akkumulyatorla da təchiz edilib.
ABŞ-ın Alabama ştatından olan ailə FOX telekanalına müsahibəsində bildirib ki, “stress çarxı”na oxşar oyuncaq enerji ilə doldurulan zaman yanıb. Xoşbəxtlikdən “stress çarxı”nın sahibi həmin vaxt otaqda olub. O, dərhal buna reaksiya verib və yanan yeri su ilə söndürüb. Nəticədə ailə ancaq yanan xalça ilə canını qurtarıb.
Valideynlər məsələ ilə bağlı istehsalçıya müraciət etmək istəyiblər. Ancaq məlum olub ki, onun qutusunun üzərində ancaq “Made in China” yazısı olub. Bu səbəbdən onlar ABŞ istehlak məhsullarının təhlükəsizliyi üzrə komissiyasına xəbər veriblər. Onlar isə bu məsələ ilə bağlı araşdırmalara başlayıblar.
Mənbə məlumat verir ki, daha bir oxşar hadisə ABŞ-ın Miçiqan ştatında da qeydə alınıb. (lent.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub