Lənkəran şəhərində döyülmə hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, şəhərdə yerləşən şadlıq saraylarından birində 60 yaşlı Axundova Xeyrannisə Cəlil qızının qəfil halı pisləşib. Ona tibbi yardım göstərilməsi üçün təcili yardım çağırılıb.
Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Həsənov Vüsal Fayaz oğlu, xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. O, kəllə-beyin travması alaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Təcili yardım maşınına da ziyan vurulub.
Xəstənin ürək tutmasından keçindiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub