Azərbaycanda məhkəmə sədri vəfat edib.
Mynews.az femida.az-a istinadən xəbər verir ki, Göyçay Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev bu gün səhər saatlarında vəfat edib. İlkin məlumata görə, sədrin ölümünə səbəb ürək tutması olub.
Fərhad Əfəndiyev 1958-ci ildə anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, 1985-1999-cu illərdə “Azərsənayetikinti” Dövlət Şirkətinin Mənzil-Kommunal İdarəsində hüquq məsləhətçisi, 1999-cu ildə “Hüquq ədəbiyyatı” nəşriyyatı firmasında “Qanunvericiliyin sistemləşdirilməsi və nəşrə hazırlanması” qrupunun rəhbəri və eyni zamanda, “Hüquqi dövlət və qanun” jurnalında məsul katib, 1999-2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000-2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007-2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri vəzifələrində işləyib.
2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub