Cəlilabad rayonunda 4 nəfəri it dişləyib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pərdi kəndində baş verib.
2001-ci il təvəllüdlü Mais Babayev mal-qaranı örüşdən evə gətirərkən it qəfildən ona hücum edərək sağ qolunu dişləyib. Daha sonra kəndə daxil olan it həyətlərdə olan digər şəxslərə də hücum edərək onlara xəsarət yetirib. Kənd sakinləri Xəqani Əzizov, Musafət Quliyev və Nazir Quliyev itin hücumuna məruz qalıblar. İtin quduz olduğu bildirilir.
Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər. Onlara quduzluq əleyhinə vaksinlər vurulub. Hazırda xəstələrin müalicəsi ev şəraitində davam etdirilir. İt kənd sakinləri tərəfindən zərərsizləşdirilib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub