Bakı sakini Fatma Cəfərova 2017-ci ilin yanvarında ayağında ağrılar hiss etdiyi üçün “Medika Hospital”a müraciət edib.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, 65 yaşlı xəstəni müayinə edən cərrah-travmatoloq Emin Kazım Fatma Cəfərovanın yalnız əməliyyat yolu ilə sağalacağını bildirib.
Yaşlı qadının ailəsindən 7 min manat əməliyyat pulu alan həkim Fatma xanımın 3 günə ayağa qalxacağını deyib. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti daha da pisləşib. Buna isə əməliyyat zamanı xəstənin ayaq sinirlərinin kəsilməsi və ayağına qoyulan implantın çürüməsi səbəb olub. Daha sonra vəziyyəti ağırlaşan Fatma Cəfərova Türkiyəyə aparılıb. Ümumilikdə, “Medika Hospital”ın həkimi Emin Kazımın səhlənkarlığı xəstənin ailəsinə 40 min manata başa gəlib. Qadın 6 aydır ki, yatağa məhkum olub və türkiyəli həkimlər tərəfindən müalicəsi davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub