Yaralılardan ikisi azyaşlıdır.
Mingəçevir-Bəhramtəpə yolunda, Yevlax rayonu ərazisində zəncirvari qəza baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı iki “Vaz 2106” və bir “Vaz 2107” markalı avtomobil toqquşub.
Baş vermiş qəzada “Vaz 2106”-da olan Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Yusifova Qızpəri Dostməmməd qızı vəfat edib.
Daha beş nəfər yaralanıb ki, onların da bir neçəsi eyni ailənin üzvləridir. Yaralanan şəxslər bunlardır:
İsmayılov Rasim Həmid oğlu, 1965-ci il təvəllüdlü, Yevlax rayon sakini;
İsmayılzadə Əli Tanrıverdi oğlu, 2012-ci il təvəllüdlü, Yevlax rayon sakini;
İsmayılzadə Banu Əli qızı, 2017-ci il təvəllüdlü, Yevlax rayon sakini;
Abbasova Təranə Rəfail qızı, 1993-cü il təvəllüdlü, Yevlax rayon sakini;
Yusibova Ülviyyə Zeynəddin qızı, 1956-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub