Bakıda faciəli şəkildə ölən gəncin Texniki Universitetin deyil, Memarlıq və İnşaat Universitetinin tələbəsi olduğu məlum olub.
Mynews.az-ın məlumatına görə,Texniki Universitetin mətbuat xidmətinin tələbəsi Nicat Abdullayev oxu.az-a açıqlamasında bildirib ki, Mehdiyev Samir Azi oğlu Texniki Universitetin tələbəsi deyil:
“Bizim sistemdə nə məzunlar, nə kəsilənlər, nə də hazırda təhsil alanlar arasında o adda tələbə yoxdur. Bir də onu qeyd etmək istəyirəm ki, son 6 ayda bizim universitetin rəhmətə gedən tələbəsi olmayıb”.
Memarlıq və İnşaat Universitetinin Mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, Mehdiyev Samir Azi oğlu universitetin 205 a8-ci qrupunda təhsil alırmış. Samir Mehdiyev döyülmə deyil, avtomobil vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S.Mehdiyevin Azərbaycan Texniki Universitetinin tələbəsi olduğu bildirilirdi.
09:44
Bakıda ölüm hadisəsi baş verib.
Mynews.az report.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə tapılıb.
O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Onun tələbə yoldaşları report-a bildirib ki, S.Mehdiyev bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, təhqiqat aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub