Azərbaycanın futzal üzrə yığma komandasının oyunçusu qızlarla əylənmək istədi, oyananda isə qarət olunduğunu gördü.
Mynews.az istipress.com-a istinadən bildirir ki,xoşagəlməz hadisə Bakı şəhəri Nərimanov rayonunda yaşayan Braziliya vətəndaşının başına gəlib. 8 fevral tarixində polis bölməsinə 2014-cü ildən futzal üzrə Azərbaycan yığma komandasının oyunçusu 1987-ci il təvəllüdlü Fineo de Araujo polis bölməsinə şikayət edib. O həmçinin "Araz- Naxçıvan" futzal klubunun da oyunçusudur. Zərərçəkənin sözlərinə görə, 5 fevralda o bir balaca əylənmək məqsədilə yaşadığı evə seks-industriya nümayəndələrini çağırıb. Qızların adı Nuray və Könül olub. Futbolçu hər qıza 100 manat verib. Əsl əyləncə isə futbolçu yatdıqdan sonra başlayıb.
Fineo yuxudan oyandıqda qızların evdə olmadıqlarını görüb. Sonradan məlum olub ki, evdə olan 14 min manat da yoxa çıxıb. Hazırda əməliyyatçılar oğurluqda şübhəli bilinən şəxslərin axtarışındadırlar.

1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub