İyunun 28-də Masallı rayon sakini Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı avtomobilin 22 yaşlı Reyhan Məmmədovanı vurub öldürdüyü Nobel prospektində yol hərəkətinin təşkili ilə bağlı yeniliklər edilib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısındakı piyada zolağı ləğv edildikdən sonra yolda sürət həddi dəyişdirilib.
Belə ki, yol polisi və digər qurumların mütəxəssisləri əraziyə gələrək vəziyyəti dəyərləndiriblər və qərara alınıb ki, 4 zolaqlı yolun bütün hərəkət zolaqlarında sürət həddi saatda 60 kilometr olsun. Halbuki daha əvvəl yolun sol hərəkət zolaqlarında sürət həddi saatda 80 kilometr idi. Nobel prospektindəki elektron məlumat lövhələrində də bütün zolaqlar üzrə hərəkət sürətinin 60 km/saat olduğu qeyd edilib.
Qeyd edək ki, hadisənin baş verdiyi piyada zolağının asfalt rəngli materialla rənglənərək ləğv edilməsi insanların etirazı ilə qarşılanmışdı.
Onu da qeyd edək ki, məlum hadisəni törətmiş sürücü artıq həbs edilib. Qəzada həyatını itirən Reyhan Məmmədova isə dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə çempion olub.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub