Şəkidə bıçaqlanma hadisəsi baş verib.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, toyda sözləri düz gətirməyən gənclərdən biri digərini bıçaqlayıb.
Hadisə Şəkinin Çayqaraqoyunlu kəndidə qeydə alınıb. Kənd sakinləri Müsalim Məmmədov və Tərlan Eyyubovun arasında mübahisə baş verib. Tərlan Müsalimə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəsarət alan şəxs dərhal Şəki RMX-yə çatdırılıb.
Müsalim Məhəmmədov – Xəsarət alan şəxs: "Toyda olmuşdu. Su tökəndə ayağına düşdü, söyüş söydü. Dedim ki, məni söyürsən? Dedi ki, hə. Mən onu vurdum, o, məni bıçaqladı”.
Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, daha sonra polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub